Pekin-2022: Azərbaycanın ilk və yeganə təmsilçisi mübarizəyə başlayır

9-03-2022, 11:07           
Pekin-2022: Azərbaycanın ilk və yeganə təmsilçisi mübarizəyə başlayır
Bu gün Azərbaycan idmançısı Mehman Ramazanzadə Çinin paytaxtı Pekində keçirilən Qış Paralimpiya Oyunlarında mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, qış idman növləri üzrə yığmanın üzvü kross-kantri növünün sprint kateqoriyasında qüvvəsini sınayacaq. O, ölkəni qış paralimpiadasında təmsil edən ilk azərbaycanlı kimi tarixə düşəcək.

Ramazanzadə Bakı vaxtı ilə saat 06:00-da başlayacaq yarışa sonuncu - 38-ci sırada çıxacaq. Lakin mübarizənin startınadək sıralama dəyişə bilər.

Təsnifat mərhələsinin yekununda ilk "16-lığ"a düşən iştirakçılar yarımfinala yüksələcəklər. Bu mərhələdə isə ən yaxşı göstəriciyə malik 8 idmançı finala adlayacaq.

Qeyd edək ki, Mehman Ramazanzadə Pekin-2008 Yay Paralimpiya Oyunlarının da iştirakçısı olub. O, həmin vaxt pauerliftinqdə qüvvəsini sınayıb. Bundan başqa, Ramazanzadə 2019-cu ildə paravelosiped idman növü üzrə dünya çempionatında mübarizə aparıb.

Pekin-2022 Qış Paralimpiya Oyunlarına martın 13-də yekun vurulacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru