Ukraynalı samboçu ailəsi ilə birlikdə həlak olub

9-03-2022, 12:29           
Ukraynalı samboçu ailəsi ilə birlikdə həlak olub
Sambo üzrə Ukrayna çempionu Artyom Priymenko ailəsi ilə birlikdə həlak olub.

"Report"un məlumatına görə, bu barədə məşqçi Yevgeni Leonenko feysbukda bildirib.

Mütəxəssis Rusiya qoşunlarının Sumı şəhərindəki yaşayış binalarına aviazərbələr endirməsi nəticəsində 16 yaşlı idmançının atası, anası, nənəsi və iki kiçik qardaşı ilə birlikdə dünyasını dəyişdiyini bildirib.

Qeyd edək ki, bu gecə Sumıya aviabombalar atılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.