Ukraynanın daha bir tanınmış baş məşqçisi müharibəyə qoşulmaq istəyir

9-03-2022, 15:59           
Ukraynanın daha bir tanınmış baş məşqçisi müharibəyə qoşulmaq istəyir
Ukraynanın daha bir tanınmış baş məşqçisi Sergey Rebrov Rusiyaya qarşı müharibədə ölkəsinin müdafiəsinə qalxmağa hazırlaşır.
Teref.az "Report"a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis tezliklə Ukraynaya qayıtmağı planlaşdırır.

Hazırda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Əl-Ayn" komandasının sükanı arxasında olan baş məşqçi hazırda futbol haqqında danışa bilmədiyini söyləyib: "İstəyirəm ki, dünya nələrin baş verdiyini bilsin. İndi futbol haqqında danışa bilmərəm. Ölkəmizi qorumaq haqqında düşünürük".

Rebrov Ukraynanın müdafiəsinə qalxan əsgərlərlə fəxr etdiyini sözlərinə əlavə edib: "Biz düzgün yoldayıq, azadlığımız üçün mübarizə aparmalıyıq. BƏƏ-də işim var. Amma mövsüm başa çatan kimi ölkəmə qayıdacağam. Bacardığım qədər tez dönəcəyəcəm. Əlbəttə, əlimə silah alacağam. Biz həyatda qalacaq və qalib gələcəyik. Mən kompromis görmürəm, çünki onlarla buna nail olmaq mümkün deyil. Onlar ölkəmizi işğal etmək istəyir və güzəştə getməkdə maraqlı deyillər. Biz ölkəmiz üçün vuruşuruq və azadlıq istəyirik".

Qeyd edək ki, daha əvvəl Moldovanın "Şerif" klubunun baş məşqçisi Yuri Vernidub Ukraynanın müdafiəsinə qalxıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.