Abramoviç "Çelsi"ni ABŞ-İsveçrə konsorsiumuna satmaqdan imtina edib

10-03-2022, 00:00           
Abramoviç "Çelsi"ni ABŞ-İsveçrə konsorsiumuna satmaqdan imtina edib
Roman Abramoviç sahibi olduğu İngiltərənin "Çelsi" klubunu ABŞ-İsveçrə konsorsiumuna satmaqdan imtina edib.
"The Independent" nəşri xəbər verir ki, isveçrəli iş adamları Hansyorq Viss və Todd Belinin də daxil olduğu şirkətin təklifi rusiyalı biznesmeni razı salmayıb.

Daha əvvəl konsorsiumun "zadəganlar"ı almaq üçün 2,6 milyard avro ödəməyə hazır olduğu bildirilib.

Qeyd edək ki, Roman Abramoviç fevralın 26-da klubun idarəçiliyini "Çelsi" Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. O, martın 2-də isə klubu satmaq niyyətində olduğunu açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru