Çempionlar Liqası: Benzema “Real”ı 1/4-ə daşıdı, “Mançester Siti” mərhələni qolsuz adladı - VİDEO

10-03-2022, 09:42           
Çempionlar Liqası: Benzema “Real”ı 1/4-ə daşıdı, “Mançester Siti” mərhələni qolsuz adladı - VİDEO
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha iki komandasının adı məlum olub.

Oxu.Az xəbər verir ki, İspaniyanın paytaxtı Madrid və İngiltərənin Mançester şəhərində buna aydınlıq gəlib.

Gecənin oyunu həm komandaların adları baxımından, həm də nəticə baxımından Madrid “Real”ı ilə PSJ arasında keçirilib. Hesabı qonaqlar açsalar da, Benzama

ikinci hisssədəki het-trikilə “Kral klubunu” növbəti mərhələyə çıxarıb – 3:1.

Gecənin digər matçında İngiltərənin “Mançester Siti” klubu evdə çoxlarının formal xarakterli matç kimi gördüyü qarşılaşmada “Sportinq”i qəbul edib. Matç qolsuz başa çatsa da, ilk oyunda vurduğu beş cavabsız topun hesabına İngiltərə klubu mərhələ adlayıb.

Qeyd edək ki, daha əvvəl İngiltərənin “Liverpul” və Almaniyanın “Bayern” komandaları 1/4 finala adını yazdırıb.

UEFA Çempionlar Liqası

1/8 final (cavab oyunları)

“Real” (İspaniya) – PSJ (Fransa) 3:1


İlk oyun – 0:1

“Mançester Siti” (İngiltərə) – “Sportinq” (Portuqaliya) 0:0

İlk oyun – 5:0












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.