Komandamız ilk dəfə Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanıb VİDEO

20-04-2016, 10:02           

Cənubi Azərbaycanın "Traktor Sazi" klubu tarixi nailiyyətə imza atıb.

"Report"un məlumatına görə, Təbriz təmsilçisi tarixində ilk dəfə olaraq Asiya Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Komanda buna Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunu səfərdə 2:0 hesabı ilə məğlub etməklə nail olub. Oyunda son nöqtəni 82-ci dəqiqədə "Qəbələ"nin sabiq hücumçusu Fərzad Hatəmi qoyub.

"Traktor Sazi" bu qələbə ilə təkcə 1/8 finala vəsiqəni yox, eyni zamanda qrup liderliyini təmin edib. Təbrizlilərin 5 oyundan sonra 12 xalı var və son tur öncəsi ən yaxın izləyicisi "Əl-Hilal"ı 4 xal qabaqlayır. Bu komandalar son turda da görüşəcək. Təbrizdəki həmin oyun mayın 3-də keçiriləcək.

Qeyd edək ki, Asiya Çempionlar Liqasında 8 qrupda ilk 2 yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanır.
[media=https://www.youtube.com/watch?v=KXUsLZm5eBA]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru