Canni De Byazi: “Millidə uğur qazanmaq üçün əlimdən gələni edirəm”

28-09-2022, 00:03           
Canni De Byazi:
“Hazırda Azərbaycan millisinin sükanı arxasındayam və burada uğur qazanmaq üçün əlimdən gələni edirəm”.
Bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi gələcəkdə Albaniya yığmasına mümkün qayıdışı ilə bağlı danışarkən deyib.
İtaliyalı mütəxəssis bildirib ki, həyatda hər şey mümkündür: “Albaniya çox sevdiyim ölkədir. Mənim bu ölkə ilə xüsusi bağlarım var. Xalqınızdan özümə qarşı həmişə sevgi və hörmət hiss etmişəm”.
66 yaşlı baş məşqçi UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda səfərdə Slovakiyaya 2:1 hesabı qalib gəldikləri matça da toxunub: “Bu komandanı məğlub etdiyimiz üçün şadam. Onlara qarşı qrupdakı ilk görüşdə 0:1 hesabı ilə uduzmuşduq. Bu, mən və komandam üçün ağır məğlubiyyət idi. Mən dostlarımla oynayanda belə, qələbəyə sevinən mütəxəssislərdənəm. Yəni, mənim üçün hər oyun vacibdir”.
Qeyd edək ki, Canni De Byazinin Azərbaycan millisi ilə müqaviləsi sentyabrın 30-da başa çatacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru