Mahir Emreli dubl etdi, "Dinamo" darmadağına sevindi - VİDEO
14-11-2022, 09:07
Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Dinamo" bu gün Xorvatiya çempionatında növbəti oyununa çıxıb.
Zaqreb təmsilçisi səfərdə "Riyeka" ilə qarşılaşıb və 7:2 hesabı ilə qalib gəlib.
Emreli bu görüşdə dublla yadda qalıb. 72-ci dəqiqədə meydana çıxan 25 yaşlı hücumçu elə həmin dəqiqə hesabı artırıb. Mahir digər qolu 85-ci dəqiqədə rəqib qapısından keçirib. Millimizin üzvü 73-cü dəqiqədə sarı vərəqə alıb.