UEFA "Qarabağ"la oyundakı hadisələrə görə Fransa klubunu cəzalandırıb

16-11-2022, 09:24           
UEFA "Qarabağ"la oyundakı hadisələrə görə Fransa klubunu cəzalandırıb
UEFA Fransanın "Nant" klubunu cəzalandırıb. "Report"un qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, buna Liqa 1 təmsilçisinin azarkeşlərinin evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin V tur oyununda yol verdikləri hərəkətlər səbəb olub.

Klub "Bojuar" stadionunda ictimai keçid yolları bağlandığı üçün 12 000 avro, atəşfəşanlığa görə isə 30 000 avro cərimələnib. Üstəlik, UEFA İtaliya "Yuventus"una qarşı pley-off matçında tribunaların qismən bağlanmasına qərar verib.

Bundan başqa, təhlükəsizlik tədbirləri lazımi səviyyədə olmadığı və azarkeşlər tam yoxlanılmadığı üçün "Nant"a xəbərdarlıq edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru