Keçmiş oyunçu İran futbolundan uzaqlaşmasının səbəbini açıqladı: “Orada futbolçuları edam edirlər” - FOTO

7-01-2023, 11:54           
Keçmiş oyunçu İran futbolundan uzaqlaşmasının səbəbini açıqladı: “Orada futbolçuları edam edirlər” - FOTO
İranın “Persepolis” futbol klubunun niderlandlı hücumçusu Yurgen Lokadia o ölkədən uzaqlaşmasının səbəbindən danışıb.

Bu mövsümün ilk yarısında İranı tərk edən futbolçu bunu “insanların açıq şəkildə edamı” ilə əlaqələndirib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

O, “İnstagram” hesabında “Persepolis” ilə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsinin təfərrüatlarını açıqlayıb. “Mənə hər cür təhqiramiz mesajlar göndərin. Mənə meymun deyin! Orada olduğum müddətdə əlimdən gələni etdim. Məsuliyyət hissimə əsaslanaraq insanlara kömək etdim. Media məni səbəbsiz yerə İranı tərk etmiş kimi təqdim edir. Orada insanları açıq şəkildə edam edirlər”, - deyə Yurgen Lokadia açıqlamasında qeyd edib.

“Digər futbolçular edam edilərkən biz futbol oynamalı idik”, - deyə o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru