“Əl-Nəsr” Ronalduya görə Vinset Abubakarla yollarını ayırdı

8-01-2023, 10:19           
“Əl-Nəsr” Ronalduya görə Vinset Abubakarla yollarını ayırdı
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun kamerunlu hücumçu Vinset Abubakar komandadan ayrılıb.

Qeyd olunur ki, bu qərar əcnəbi oyunçularla bağlı məhdudiyyət səbəbindən baş verib.

Bu məqam isə “Əl-Nəsr”in yeni transferi Kriştianu Ronaldununun adının iştirak ərizəsinə daxil edilməsinə şərait yaradıb.

Belə ki, Səudiyyə Ərəbistanında əcnəbi oyunçularla bağlı məhdudiyyət var və bu məhdudiyyət portuqaliyalı ulduz futbolçunun meydana daxil olmasında müəyyən məhdudiyyətlərə səbəb olurdu.

“Əl-Nəsr” rəhbərliyi də Ronaldunun meydana çıxmasını sürətləndirmək üçün Aboubakarın müqaviləsini ləğv etmək qərarını aldı.

Mənbə: Rmcsport












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru