Moldova millisinin futbolçusu “Turan Tovuz”da

9-01-2023, 11:34           
Moldova millisinin futbolçusu “Turan Tovuz”da
Azərbaycan Kubokunun yarımfinalçısı "Turan Tovuz" qış fasiləsində ilk transferini reallaşdırıb.

Sport24.az-ın məlumatına görə, bu, Moldova millisinin üzvü Denis Maradiçdi.

Belə ki, Portuqaliya vətəndaşı da olan 27 yaşlı futbolçu sol cinah müdafiəçisi mövqeyində çıxış edir. Bu isə tovuzlular üçün cari mövsümün ilk yarısında problemli mövqe oldu. Burkina-fasolu Ben Aziz Diao müdafiənin sol cinahında çıxış etsə də, son 2 ayda zədəli olduğuna görə oynamadı və qış fasiləsində müqaviləsinə xitam verilməsi qərara alındı.

Maradiçə gəlincə, indiyədək peşəkar karyerası yalnız legioner həyatından ibarət olub. Belə ki, bunadək Portuqaliyada "Unao Leyriya"da , Sloveniyada "Sele"də, son olaraq isə Bosiya və Herseqovinada "Jrinski"də çıxış edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru