"Atletiko" və "Barselona"nın futbolçuları 12 oyunluq diskvalifikasiya oluna bilər

9-01-2023, 08:35           
"Atletiko" və "Barselona"nın futbolçuları 12 oyunluq diskvalifikasiya oluna bilər
Atletiko və Barselonanın futbolçuları 12 oyunluq diskvalifikasiya oluna bilər
"Atletiko Madrid" futbol komandasının müdafiəçisi Stefan Saviç və "Barselona"nın yarımmüdafiəçisi Ferran Torres İspaniya La Liqasının 16-cı turunun görüşü zamanı yaranan davaya görə cəzalandırıla bilər.

"Report" xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Hadisə matçın əsas vaxtına əlavə edilən ikinci dəqiqədə baş verib. Hər iki futbolçu qarşıdurmadan sonra qazona yıxılıb və bundan sonra aralarında dava olyb. Hakim futbolçulara qırmızı vərəqə göstərib. Əgər hakimlər komissiyası onların hərəkətlərini hücum kimi qiymətləndirsə, diskvalifikasiya dörd oyundan on iki oyuna qədər ola bilər.

Xatırladaq ki, görüş "Barselona"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, "kataloniyalı"lar 41 xalla La Liqanın turnir cədvəlində birinci pillədə qərarlaşıb. İkinci pillədə qərarlaşan "Real Madrid"in aktivində 38 xal var. İlk üçlüyü 32 xalla “Real Sosyedad” qapayır. “Atletiko” 27 xalla 5-ci yerdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru