"Atletiko" 126 milyon avroya aldığı futbolçunu icarəyə verir

10-01-2023, 00:11           
"Atletiko" 126 milyon avroya aldığı futbolçunu icarəyə verir
İngiltərənin "Çelsi" klubu Portuqaliya millisinin futbolçusu Joau Feliksin transferi üçün İspaniyanın "Atletiko" (Madrid) komandası ilə anlaşıb.

"Report"un məlumatına görö, bu barədə "The Athletic" nəşrinin jurnalisti Devid Ornşteyn özünün tviter səhifəsində paylaşım edib.

O bildirib ki, 24 yaşlı hücumçu London təmsilçisinə icarə əsasında keçəcək. "Zadəganlar"ın bu keçidə görə 11 milyon avro təzminat ödəyəcəyi bildirilib.

Felikslə İngiltərənin digər təmsilçiləri "Mançester Yunayted" və "Arsenal" da maraqlanırdı. Lakin portuqaliyalı oyunçu sonda "Çelsi"ni seçib.

Qeyd edək ki, Joau Feliks bu mövsüm "Atletiko"da keçirdiyi 14 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Madrid klubu futbolçunu 2019-cu ilin yayında Portuqaliya "Benfika"sından 126 milyon avroya transfer edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru