Əfsanəvi qapıçı 6 illik fasilədən sonra Kiyev "Dinamo"suna qayıdıb

11-01-2023, 10:14           
Əfsanəvi qapıçı 6 illik fasilədən sonra Kiyev "Dinamo"suna qayıdıb
Ukrayna millisinin sabiq qapıçısı Aleksandr Şovkovski 6 illik fasilədən sonra Kiyev "Dinamo"suna qayıdıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, veteran qolkiper paytaxt təmsilçisində baş məşqçi Mirça Luçeskunun köməkçisi olacaq.

O, bu vəzifədə Xorvatiyanın "Osyek" komandasının sükanı arxasına keçən Oqnen Vukoyeviçi əvəzləyib.

Qeyd edək ki, Aleksandr Şovkovski daha əvvəl Ukrayna yığmasında keçmiş baş məşqçi Aleksandr Petrakovun köməkçisi işləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru