Canlı yayımda həyəcanlı anlar: Bloqerin sinəsinə ştanq düşdü - VİDEO

11-01-2023, 12:54           
Canlı yayımda həyəcanlı anlar:
Məşhur amerikalı bloqer Metyu Mizkifin sinəsinə ağır ştanq düşüb.

Bloqer “Twitch”in canlı yayımında uzanıqlı halda ağır ştanqla pres etmək istəyib. Bu zaman ağırlığı saxlaya bilməyib və ştanq onun sinəsinə düşüb. Görüntülər canlı yayım izləyicilərini qorxudub.

Hadisə idman zallarının birində məşq zamanı baş verib. Bloqerin yanında onu sığortalayan bir neçə dostu da olub.

Mizkif təxminən 143 kq ağırlıq qaldıraraq yeni şəxsi rekorda imza atmağa çalışıb. İlk cəhd uğurlu alınıb və o, ikinci dəfə cəhd etmək istəyib. Lakin bu an ağır çəkisi olan ştanq əlindən çıxıb və bədəninin üzərinə düşüb. Dostları dərhal bloqerə kömək edərək ştanqı üzərindən qaldırıblar.

Ağırlıq bədənin aşağı hissəsinə düşdüyü üçün bloqer ciddi xəsarət almayıb. Yayım davam etdiyi müddətdə Mizkif özü də hər şeyin qaydasında olduğunu deyib.

Mənbə: Dexerto.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru