Ronaldo “Qızıl Top”larından birini satdı

11-01-2023, 18:57           
Ronaldo “Qızıl Top”larından birini satdı
Kriştiano Ronaldo 2013-cü ildə qazandığı "Qızıl Top" mükafatını isarilli iş adamına satıb.

Teref.az offsideplus.az-a istinadən xəbər verir ki, Londonda xeyriyyə qurumlarından birində satışa çıxarılan mükafatı İsrailin ən zəngin biznesmeni İdan Ofer 600 000 avroya alıb. Bu məbləğ ciddi xəstəliklərdən əziyyət çəkən uşaqların arzularını gerçəkləşdirən xeyriyyə qurumuna veriləcək.

Qeyd edək ki, 5 "Qızıl Top" qazanan Kriştiano Ronaldo 2013-cü ildə "Real"ın heyətində 55 qol vurmasına rəğmən, "Bavariya"nın ÇL-ni və "Barselona"nın İspaniya çempionu olması ilə mövsümü kuboksuz başa vurmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru