Ərəblərdən Messiyə fantastik təklif

12-01-2023, 08:14           
Ərəblərdən Messiyə fantastik təklif
Bir müddət öncə “Əl Nəsr”ə transfer olunan Kriştiano Ronaldonunda ardınca daha bir ulduz futbolçu Səudiyyə Ərəbistanına yollana bilər.

Aut.az xəbər verir ki, söhbət ulduz futbolçunun rəqibi Lionel Messidən gedir. “Əl Hilal” klubu PSJ-nin hücumçusu transfer etmək istəyir. Bu barədə CNN məlumat yayıb. Bildirilir ki, klub rəhbərliyi Messiyə artıq təklif göndərib.

İddialara görə, “Əl Hilal” 35 yaşlı hücumçuya illik 350 milyon avro ödəməyə hazırdır. Messi təklifi qəbul etsə, ən çox gəlir əldə edən futbolçu olacaq.

PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatmalı olan Messinin bu təklifə müsbət yanaşdığı iddia olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru