XAVİ RONALDONUN “ƏL-NƏSR”Ə TRANSFERİNƏ MÜNASİBƏT BİLDİRDİ: … BU, BİR PROBLEMDİR

12-01-2023, 10:14           
XAVİ RONALDONUN “ƏL-NƏSR”Ə TRANSFERİNƏ MÜNASİBƏT BİLDİRDİ: …
“Barselona”nın baş məşqçisi Xavi hücumçu Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanından “Əl-Nəsr”ə transferinə münasibət bildirib.

O, “Marca”ya açıqlamasında deyib: “Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı liqasında oynayacaqmı? O, Səudiyyə Ərəbistanının ən yaxşı klublarından birinə imza atdı, lakin bu, bir problemdir. Bu, çox çətin liqadır. Mən “Əl Sədd”i çalışdırarkən onların bir neçə komandasına qarşı oynamışam.

Səudiyyə Ərəbistanı Liqası çox rəqabətlidir, lakin Ronaldo da rəqabətli oyunçudur. Əminəm ki, o, bu komandada uğur qazanacaq”.

Xatırladaq ki, Ronaldo “Əl-Nəsr”lə 2025-ci ilə kimi müqavilə imzalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru