Mərakeşdə stadiona Əşrəf Hakiminin adı verildi - FOTO

12-01-2023, 11:18           
Mərakeşdə stadiona Əşrəf Hakiminin adı verildi - FOTO
Mərakeşin Əl-Qəsr əl-Kəbir şəhərindəki bələdiyyə stadionu indi milli komandanın və Fransanın PSJ klubunun 24 yaşlı futbolçusu Əşrəf Hakiminin adını daşıyır.

Bu barədə o, çərşənbə günü öz “Facebook” səhifəsində yazıb.

Hakimi minlərlə yerli sakinin iştirakı ilə şəhər rəhbərliyi tərəfindən onun şərəfinə keçirilən mərasimdə şəxsən iştirak edib. Azarkeşlər onu emosional şəkildə, ənənəvi mahnı və rəqslərlə qarşılayıblar.

Futbolçu Qətərdə keçirilən dünya çempionatında yarımfinala yüksələn və dördüncü yeri tutan Mərakeş millisinin möhtəşəm uğurunun yaradıcılarından biri olub. Bu uğur dünya çempionatları tarixində heç bir Afrika və ya ərəb komandasına nəsib olmayıb.

“Adımı daşıyan futbol stadionunu açmaq mənim üçün şərəfdir. Mənə göstərdikləri dəstəyə və sevgiyə görə şəhər rəhbərliyinə və sakinlərinə təşəkkür edirəm. Bu şəhərə qayıtmaq mənim üçün böyük şərəfdir. O, qəlbimdə xüsusi yer tutur. Ürəkdən təşəkkür edirəm”, - deyə Hakimi “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, Əl-Qəsr əl-Kəbir idmançının anasının vətənidir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru