Oxu.Az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. “Napoli” evdə “Yuventus”u qəbul edib. Meydan sahibləri qonaqlara 5:1 hesablı darmadağınla qalib gəliblər.
Qeyd edək ki, “Napoli” hazırda A seriyasının turnir cədvəlində 47 xalla liderdir. “Yuventus” isə 37 xalla 3-cü pillədədir.