Ronaldo və Messi yenidən üz-üzə - Biletlər bir neçə dəqiqəyə tükəndi

15-01-2023, 08:12           
Ronaldo və Messi yenidən üz-üzə -
Fransa PSJ-si ilə Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubu arasında keçiriləcək yoldaşlıq oyununun biletləri bir neçə dəqiqəyə satılıb.

“Qafqazinfo” ESPN-ə istinadən xəbər verir ki, Lionel Messi və Kriştiano Ronaldonu üz-üzə gətirəcək qarşılaşmaya böyük maraq var.

Yanvarın 19-da paytaxt Ər-Riyadda oynanılacaq matçın biletləri satışa çıxarıldıqdan sonra 2 milyondan çox insan onlayn növbəyə durub.

Qeyd edək ki, Messi PSJ-nin, Ronaldo isə “Əl Nəsr”in formasını geyinir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru