“Ronaldoya hücum etmək üçün mənim adımdan istifadə etməyin”

16-01-2023, 00:12           
“Ronaldoya hücum etmək üçün mənim adımdan istifadə etməyin”
“Mançester Yunayted”in və Portuqaliya millisinin futbolçusu Bruno Fernandes klubda ab-havanın dəyişməsi haqqında söylədiyi sözlərin şərhindən qəzəblənib.

Qol.az xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesablarında paylaşım edib.

Bruno daha əvvəl açıqlamasında deyib: “Mançester Yunayted”də bir neçə ay əvvəl hamı öz qayğısına qalırdı. İndi bir-birimiz üçün işləyirik”. Bir sıra saytlar Brunonun sözləri təhrif edib. Bir çoxları Brunonun noyabrda qalmaqalla “Mançester Yunayted”dən ayrılan Kriştianoya eyham vurduğunu irəli sürüb.

Fernandeş isəöz paylaşımında yazıb: “Heç olmasa kiminsə məndən düzgün sitat gətirdiyi üçün təşəkkür edirəm! Bilirəm ki , “Mançester Yunayted”dən yaxşı oyun görmək və bizim haqqımızda nəsə pis bir şey deyə bilməmək çətindir. Çünki indi yazmaq üçün yalnız yaxşı səbəblər var! Kriştianoya hücum etmək üçün adımdan istifadə etməyin. Kriştiano mövsümün yarısında komandamızın bir hissəsi idi”.

Qeyd edək ki, Ronaldo ötən ilin noyabrında “Yunayted”dən ayrılıb. Onun Bruno Fernandeşlə arasında qalmaqal yaşandığı barədə məlumatlar yayılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru