"Barselona" "Real Madrid"i yenərək İspaniya Superkubokunun qalibi olub - VİDEO

16-01-2023, 09:18           
"Barselona" "Real Madrid"i yenərək İspaniya Superkubokunun qalibi olub - VİDEO
“Real Madrid”in “Barselona” ilə oynadığı İspaniya Superkuboku uğrunda final oyunu başa çatıb.

“Report” xəbər verir ki, komandalar Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı “King Fahd” stadionunda üz-üzə gəlib.

Matçın baş hakimi Rikardo De Burqos Benqoeçenin start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənib.

Oyunun ilk yarım saatı komandalardan birinin aşkar üstünlükləri olmadan keçib. Lakin 33-cü dəqiqədə meydanın mərkəzində madridlilərin boşluğundan sonra kataloniyalıların hücuma qaçması Robert Levandovskinin ötürməsindən sonra Qavinin qolu ilə nəticələnəndə hər şey alt-üst olub. Kataloniyalılar tempi azaltmayıb və birinci hissənin sonuna kimi üstünlüklərini artıra biliblər - bu dəfə Levandovski qol vurub, Qavi isə ötürmə edib.

İkinci hissədə Xavinin yetirmələri madridlilərə hücumlarını zərbəyə vurmaqla yekunlaşdırmağa imkan verməyərək qarşıdurmanın gedişinə inamla nəzarət ediblər. Nəticədə “Barselona” daha bir qol vurub - 69-cu dəqiqədə Qavinin ötürməsindən sonra Pedri hesabı darmadağın halına gətirib. 90+3-cü dəqiqədə “Real Madrid” Kərim Benzemanın qolu sayəsində hesabdakı fərqi azaltsa da, bu, komandasını məğlubiyyətdən xilas edə bilməyib. “Barselona” 3:1 hesabı ilə qalib gələrək İspaniya Superkubokunu qazanıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru