Florentino Peresin "Real Madrid"dən ayrılacağı vaxt bəlli olub

18-01-2023, 12:34           
Florentino Peresin "Real Madrid"dən ayrılacağı vaxt bəlli olub
İspaniya "Real Madrid"inin prezidenti Florentino Peresin istefa verəcəyi vaxt bəlli olub.

Bu barədə yerli jurnalist Siro Lopes özünün tviter səhifəsində paylaşım edib.

O bildirib ki, 76 yaşlı funksioner 2025-ci ildə "kral klubu"ndan ayrılacaq. Klub prezidenti "Santyaqo Bernabeu" stadionunun yenidən qurulması başa çatdıqdan sonra Madrid təmsilçisini tərk edəcək.

Qeyd edək ki, Florentino Peres ilk dəfə 2000-ci ildə "Real Madrid"ə rəhbərlik edib. 2006-cı ilin fevralında vəzifəsindən ayrılan funksioner 2009-cu ildə yenidən kluba qayıdıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru