“Liverpul” tək qolla mərhələ adladı - VİDEO

18-01-2023, 11:18           
“Liverpul” tək qolla mərhələ adladı - VİDEO
İngiltərə Kubokunun 3-cü turunun təkrar oyununda “Liverpul” “Vulverhempton”la qarşılaşıb.

Turnirin qaydalarına görə, ilk oyunda bərabərə qalan komandalar arasında ikinci görüş keçirilib.

“Molinet” stadionunda keçirilən matçın ilk saniyələrində arenada işıqlar sönüb və ətraf bir neçə saniyəlik qaranlığa qərq olub. Oyunda bundan savayı yeganə yadda qalan məqam qonaqların 13 dəqiqədə vurduğu qol olub.

Beləliklə də, Yurgen Klopun yetirmələri minimal üstünlüklə mərhələ adlayıblar - 0:1.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru