"Yuventus" ulduz futbolçu ilə vidalaşır

16-03-2023, 11:25           
"Yuventus" ulduz futbolçu ilə vidalaşır
İtaliyanın "Yuventus" klubu futbolçusu Pol Poqba ilə vidalaşır.

"La Gazzetta dello Sport"un məlumatına görə, Turin təmsilçisi cari mövsümün sonunda fransalı yarımmüdafiəçiyə azad agent statusu verəcək.

Tez-tez zədələnən 30 yaşlı oyunçunun "Qoca sinyora" ilə 2026-cı ilin yayınadək müqaviləsi var.

Qeyd edək ki, Pol Poqba bu mövsüm "Yuventus"da iki oyunda cəmi 35 dəqiqə meydanda olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.