“Simurq” - da belə dağıldı - Cahangir hacıyevin klubu
16-05-2015, 21:23
“Simurq” Topaz Premyer Liqasının son iki turunda yalnız yerli futbolçuların xidmətindən yararlana biləcək. Artıq bütün əcnəbilər düşərgəni tərk edib.
Çempionatın XXXIV turu çərçivəsində “Bakı” ilə (4:0) dünən keçirilən qarşılaşmadan sonra qalan əcnəbilər də vətənlərinə yola düşüblər. Dünənə qədər düşərgədə olan Pavel Kapsa, Xuan Alvarado, Adam Banaş, İdan Vaytsman və Draqan Çeran görüşdən dərhal sonra Gürcüstana, ordan isə vətənlərinə yollanıblar.
Əsas heyətdə çıxış edən yerli futbolçular da bu matçdan sonra düşərgəni tərk etməyi qərara almışdılar. Lakin sonradan qərarlarını dəyişən yerlilər son iki turda da meydançaya çıxacaqlar. Onlar artıq Zaqatala ilə vidalaşıblar və yalnız oyunların keçirilməsinə iki gün qalmış Bakıda bir araya gəlib məşq edəcəklər (apasport.az).
Qeyd edək ki, “Simurq” çempionatın son iki turunda AZAL və “Xəzər Lənkəran”ın qonağı olacaq.
"Simurq" Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin patronajlığı altındadır.