Mbappe Messini bunu etməsi üçün razı salmağa çalışır

25-04-2023, 12:18           
Mbappe Messini bunu etməsi üçün razı salmağa çalışır
PSJ-nin futbolçusu Kilian Mbappe Lionel Messinin klubda qalmasını istəyir.

Metbuat.az Fransa mediasına istinadən xəbər verir ki, Mbappe bu barədə klubun rəhbərliyinə müraciət edib. Məlumata görə, Mbappe bu barədə Messinin özü ilə də danışıb. Mbappe Messinin PSJ ilə müqaviləsini yeniləməsi üçün onu razı salmağa çalışır.

Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsi bu mövsümün sonunda başa çatır. Məlumata görə, Messiyə ABŞ və Səudiyyə Ərəbistanından təkliflər olsa da, o Avropada qalmaq istəyir. İddialara görə, Messi PSJ-dən ayrılaraq “Barselona” ilə müqavilə bağlamaq niyyətindədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.