"Milan"da ciddi itki - 6 aylıq sıradan çıxdı

17-05-2023, 09:04           
"Milan"da ciddi itki -
"Milan"ın yarımmüdafiəçisi İsmail Bennaser zədələnib.
Bu barədə klubun saytı məlumat yayıb. O, Çempionlar Liqasının yarımfinalında "İnter"lə ilk oyunda (0:2) dizindən zədə alıb.
Bu gün 25 yaşlı əlcəzairli yarımmüdafiəçinin sağ dizinin artroskopiyası aparılıb. Məlum olub ki, İsmailin sağalması ən azı altı ay çəkəcək. Beləliklə, o, növbəti mövsümün əvvəlini buraxacaq.
Qeyd edək ki, bu mövsüm Bennaser "Milan"ın heyətində 40 oyuna çıxıb, 3 qol vurub, 2 qolun ötürməsini verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru