İspaniya nəhəngindən Ronaldoya təklif

17-05-2023, 10:34           
İspaniya nəhəngindən Ronaldoya təklif
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kristiano Ronaldo bu ölkədə xoşbəxt olmadığı üçün mövsümün sonunda komandadan ayrılmaq niyyətindədir.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid "Real"ı Avropaya qayıtmaq istəyən portuqaliyalı ulduz üçün təklif göndərib. Bildirilir ki, İspaniya nəhənginin prezidenti Florentino Peres Ronaldonun kluba futbolçu kimi yox, komandanın səfiri kimi qayıtmasını istəyir. 38 yaşlı futbolçunun bu təklifə necə cavab verəcəyi maraq doğurur. Ronaldo təklifi qəbul edərsə, futbolçu karyerasına son qoymalıdır.
Qeyd edək ki, Kristiano Ronaldonun Avropaya qayıtmaq istədiyi irəli sürülür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru