Türkiyənin məşhur klubu həvəskar liqaya düşdü

17-05-2023, 12:14           
Türkiyənin məşhur klubu həvəskar liqaya düşdü
Türkiyənin köklü klublarından olan "Eskişehirspor" həvəskarlar liqasına düşüb.
3-cü liqada çıxış Eskişehir təmsilçisi sona bir tur qalmış "Elazığspor"a 3:6 hesabı ilə uduzub və çempionatı tərk edəcəyi dəqiqləşib. Komanda 26 xalla 17-ci sırada qərarlaşıb.
Qeyd edək ki, "Eskişehirspor" 1970/1971 mövsümündə ölkə kubokunu qazanıb. Klub həmçinin 1968/1969, 1969/1970 və 1971/1972 mövsümündə Superliqanın gümüş mükafatçısı olub.
Xatırladaq ki, millimizin sabiq üzvü,"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov 2010-2011 mövsümündə "Eskişehirspor"da çıxış edib. O, bu komandanın heyətində 5 rəsmi oyuna çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru