Bir komandanın 11 futbolçusu danışılmış oyunlara görə həbs olunub

17-05-2023, 11:22           
Bir komandanın 11 futbolçusu danışılmış oyunlara görə həbs olunub
Honqkonqda bir komandanın 11 futbolçusu danışılmış oyunlarda ittiham edilərək həbs olunub.

“Report”un xarici mətbuata istinadən məlumatına görə, bir il davam edən araşdırmadan sonra Korrupsiyaya Qarşı Mübarizə Komissiyası (ICAC) birinci divizionda saxtakarlıq iddiası ilə ümumilikdə 23 nəfərin saxlanıldığını açıqlayıb.

İddia edilən cinayətlərə rüşvətxorluq, oyun manipulyasiyası və qanunsuz qumar daxildir. Qeyd olunub ki, hər bir futbolçu oyunun nəticəsinə bilərəkdən təsir etdiyi üçün 1200 ABŞ dolları alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru