Türkiyə Süper Liqası: “Fənərbağça” “Trabzonspor”dan üstün oldu - VİDEO

19-05-2023, 10:24           
Türkiyə Süper Liqası: “Fənərbağça” “Trabzonspor”dan üstün oldu - VİDEO
Türkiyə Super Liqasında 34-cü tura mərkəzi oyunla yekun vurulub.

Çempionluq uğrunda mübarizə aparan “Fənərbağça” “Trabzonspor”u qəbul edib. “Ülker” stadionunda keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:1.

Hesabı 11-ci dəqiqədə İstanbul klubundan Mitşi Batşuayi açıb. 58-ci dəqiqədə Luan Peres “Fənərbağça”nın üstünlüyünü 2 topa çatdırıb. 71-ci dəqiqədə Enner Valensiya 3-cü topu qonaqların qapısından keçirib. 79-cu dəqiqədə Qara dəniz təmsilçisi Trezegenin penaltidən vurduğu qolla fərqi azaltsa da, bundan artığına gücü çatmayıb.
Bu qələbədən sonra xallarını 71-ə çatdıran “Fənərbağça” 2-ci pillədəki mövqeyini möhkəmlədib. Hazırda komandanı lider “Qalatasaray”dan 5 xal ayırır. 48 xalı olan “Trabzonspor” isə 8-ci sırada qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru