Avroliqada həftənin ən yaxşısı açıqlandı

20-05-2023, 00:07           
Avroliqada həftənin ən yaxşısı açıqlandı
Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
Azarkeşlərin səsverməsinə əsasən bu ada İspaniyanın “Sevilya” klubunun yarımmüdafiəçisi Erik Lamela layiq görülüb.
Argentinalı futbolçu evdə İtaliyanın “Yuventus” komandasına 2:1 hesabı ilə qalib gəldikləri matçda həm qol vurub, həm də məhsuldar ötürmə ilə yadda qalıb.
Avroliqada həftənin ən yaxşısı adına Lamelanın komanda yoldaşı İvan Rakitiç, həmçinin Nemanya Matiç (“Roma”, İtaliya) və Florian Virts (“Bayer”, Almaniya) də namizəd idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru