"Tottenhem" türkiyəli futbolçunu 40 milyon avroya transfer edir

21-05-2023, 00:15           
"Tottenhem" türkiyəli futbolçunu 40 milyon avroya transfer edir
İngiltərənin "Tottenhem" klubu Türkiyə millisinin və Niderland "Feyenoord"unun futbolçusu Orkun Kökçünü transfer etmək istəyir.

Cebhe.info yerli mətbuata istinadən xəbər verir ki, London təmsilçisi 23 yaşlı yarımmüdafiəçi üçün Rotterdam klubu ilə danışıqlara başlayıb.

"Feyenoord" istedadlı oyunçuya görə qarşı tərəfdən 40 milyon avro təzminat məbləği tələb edir.

Qeyd edək ki, Orkun Kökçü Azərbaycan millisinin üzvü olan Ozan Can Kökçünün qardaşıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru