Vinisius İngiltərə nəhənginə doğru

24-05-2023, 11:08           
Vinisius İngiltərə nəhənginə doğru
İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Hurriyyet.Az "Goal.com"a istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, Madrid "Real"ının vingeri Vinisius Junior üçün hərəkətə keçib.

Məlumata görə, "qırmızı şeytanlar" 22 yaşlı braziliyalı futbolçu ilə müqavilə imzalamağa hazırdır.

"Sambaçı" artıq "Real"da qalmaq istəmir. O, ümumiyyətlə, La Liqadan getmək istəyir. Tez-tez irqçiliyə məruz qalan futbolçu karyerasını başqa çempionatda davam etdirmək istəyir.

Qeyd edək ki, Vinisiusun "kral klubu" ilə 2024-cü ilin 30 iyununadək müqaviləsi var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.