Ronaldo səcdə etdi və ərəblərin qəlbini belə fəth etdi - FOTO

24-05-2023, 11:48           
Ronaldo səcdə etdi və ərəblərin qəlbini belə fəth etdi - FOTO
Səudiyyə Ərəbistanında “Əl-Nassr” komandasında oynayn Kriştiano Ronaldo ərəb azarkeşlərlə gərgin olan münasibətini bir hərəkəti ilə səhmana salıb.

Mia.az xəbər verir ki, liqanın 28-ci həftəsində “Əl-Nassr” və “Əl-Şəbab” komandaları paytaxt Ər-Riyadda kozırlarını bölüşüblər.

“Əl Nassr”ın kapitanı Ronaldo komandasına qələbə qazandıran (3:2) oyunda qolu vurduqdan sonra sevincini müsəlmanların qəlbini fəth edən formada qeyd edib. O, qoldan sonra stadionda səcdə edib. Komanda yoldaşları isə Ronaldonun səcdəsinə alqışlarla cavab verib.

Həmin anlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Xatırladaq ki, son aylar Ronaldo ilə ərəb azarkeşlər arasında çox gərgin münasibətlər yaranmışdı. Hətta azarkeşlər onun komandadan getməsini belə tələb edirdilər. Ronaldonun da komandadan getmək istəməsi barədə xəbərlər yayılıb.

Bu son səcdə hərəkətindən sonra isə ərəblər ona yenidən valeh olublar.

Onu da qeyd edək ki, Ronaldo yeni komandasında oynadığı 16 oyunda 14 qol və 2 məhsuldar ötürmə verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.