Maquayr və doqquz başqa futbolçu - Ten Haqın “Mançester Yunayed”də görmək istəmədikləri

25-05-2023, 00:59           
Maquayr və doqquz başqa futbolçu -
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq bir neçə futbolçunun göndərilməsini istəyir.

İtalyan insayder Nikolo Skiranın yaydığı məlumata görə, qapıçı Din Henderson, müdafiəçilərdən Erik Bayi, eyni zamanda komandanın kapitanı olan Harri Maquayr, Aleks Telles, Brendon Uilyams, yarımmüdafiəçilər Donni van den Bek, Skott Maktominey, hücumçular Entoni Elanqa, Antoni Marsyal və Vaut Veqorst niderlandlı mütəxəssisin gələcək planlarına daxil deyillər.

Adıçəkilən futbolçuların yay transfer pəncərəsində komandanı tərk edəcəyi gözlənilir.
İngiltərə Premyer Liqasında 36 oyunda 69 xal yığan “Mançester Yunayted” 4-cü pillədədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru