“Brayton” tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazandı - VİDEO

25-05-2023, 10:34           
“Brayton” tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazandı - VİDEO
İngiltərə Premyer Liqasında 32-ci turdan təxirə salınmış oyun keçirilib.

Oxu.Az xəbər verir ki, artıq çempionluğu rəsmiləşdirmiş “Mançester Siti” “Brayton”un qonağı olub.

Matçda qalib müəyyənləşməyib - 1:1. Hesabı 25-ci dəqiqədə “şəhərlilər”in heyətində Fil Foden açsa da, 38-ci dəqiqədə Xulio Enkiso bərabərliyi təmin edib.

Bu nəticədən sonra “Mançester Siti” xalını 89-a yüksəldib. 62-ci xalını qazanan “Brayton”un isə 6-cı olacağı rəsmiləşib. Bununla da, 121 yaşlı klub tarixində ilk dəfə Avropa Liqasında oynamaq hüququ qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru