“Real”la anlaşan futbolçu millidən kənarlaşdırıldı

13-06-2023, 09:08           
“Real”la anlaşan futbolçu millidən kənarlaşdırıldı
“Real”ın yeni transferi Çud Bellingem iyun ayında İngiltərə millisinin oyunlarını buraxacaq.

Fanat.az İngiltərə millisinin “Tvitter” hesabına istinadən xəbər verir ki, baş məşqçi Qaret Sautqeyt Bellingemi AÇ-2024-ün seçmə mərhələsində Malta və Şimali Makedoniya ilə keçiriləcək oyunlar üçün heyətindən kənarlaşdırıb.

Bellingem Bundesliqanın son turunda – “Maynts”la oyunda dizindən aldığı zədəsini sağaltmaqda davam edir.

“Brayton”un müdafiəçisi Luis Dank da zədə səbəbindən İngiltərə yığmasının heyətində yer almayıb.

Dortmund “Borussiya”sı Bellingemin “Real”a transferini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru