“Bordo”ya texniki məğlubiyyət verildi, Liqa 1-ndə taleyi həll olundu
13-06-2023, 10:54
“Bordo”ya Liqa 2-nin “Rodez”lə yarımçıq qalmış oyununda texniki məğlubiyyət verilib. Bu barədə “L'Equipe” nəşri məlumat yayıb. Qeyd edək ki, Fransa Liqa 2-nin sonuncu turunun oyunu birinci hissədə dayandırılmışdı. “Rodez”in yarımmüdafiəçisi Luk Buadenin qolundan sonra “Bordo”nun azarkeşi qol bayramı zamanı tribunadan çıxıb və oyunçunu itələyib. Bundan sonra futbolçu meydandan xərəkdə aparılıb. İntizam komissiyası baş verənlərə “Bordo”ya texniki məğlubiyyət verməyə qərar verib. “Bordo” növbəti mövsüm Liqa 1-ə vəsiqə qazanmaq üçün bu matçda qalib gəlməli idi. Beləliklə, növbəti mövsüm Liqa 1- də 2-ci yeri tutan “Metz” və Liqa 2-nin qalibi “Le Havr” çıxış edəcək.3-cü yerdə qalan “Bordo” Liqa 2-də oynamağa davam edəcək.