Mahir Emrelinin komandası Avroliqada qalib gəldi

25-08-2023, 08:40           
Mahir Emrelinin komandası Avroliqada qalib gəldi
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) bu gün Avropa Liqasında pley-off mərhələsinin oyununa çıxıb.

Oxu.Az xəbər verir ki, Xorvatiya təmsilçisi Çexiya “Sparta”sını qəbul edib. Görüş Zaqreb təmsilçisinin 3:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

Mahir də bu oyunun iştirakçısı olub. O, meydana 65-ci dəqiqədə Dario Şkipiçin əvəzinə çıxıb.
Komandalar arasındakı cavab oyunu avqustun 31-i keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru