Konfrans Liqası: “Fənərbaxça” evdə, “Beşiktaş” səfərdə qələbə qazandı - YENİLƏNİB + VİDEO

25-08-2023, 08:58           
Konfrans Liqası: “Fənərbaxça” evdə, “Beşiktaş” səfərdə qələbə qazandı - YENİLƏNİB + VİDEO
Bu gün Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.

Oxu.Az xəbər verir ki, Türkiyə klublarından "Fənərbaxça" evdə "Tvente"yə 5:1, "Beşiktaş" səfərdə Kiyev "Dinamo"suna 3:2 hesabı ilə qalib gəlib. "Adana Demirspor" isə səfərdə "Genk"ə 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, pley-offun cavab görüşləri avqustun 31-i keçiriləcək.

24 avqust

Konfrans Liqası, pley-off mərhələsinin ilk oyunları

18:00. "Astana" (Qazaxıstan) - "Partizani" (Albaniya) - 1:0

18:00. "Tobol" (Qazaxıstan) - "Viktoriya" (Plzen, Çexiya) - 1:2

19:00. "Struqa" (Şimali Makedoniya) - "Breydablik" (İslandiya) - 0:1

20:00. "Jalgiris" (Litva) - "Ferensvaroş" (Macarıstan) - 0:4

20:30. “Nordsyelland” (Danimarka) - “Partizan” (Serbiya) - 5:0

21:00. “Dinamo” (Kiyev, Ukrayna) - “Beşiktaş” (Türkiyə) - 2:3

21:00. "Farul" (Rumıniya) - HİK (Finlandiya) - 2:1

21:00. "Fənərbaxça" (Türkiyə) - "Tvente" (Niderland) - 5:1

21:00. "Levski" (Bolqarıstan) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 1:1

21:00. "Makkabi" (Tel-Əviv, İsrail) - "Çelje" (Sloveniya) - 4:1

21:00. "Rapid" (Vyana, Avstriya) - "Fiorentina" (İtaliya) - 1:0

21:00. "Sepsi" (Rumıniya) - "Budo Qlimt" (Norveç) - 2:2

22:00. “Midtyulland” (Danimarka) - "Legiya" (Varşava, Polşa) - 3:3
22:00. "Genk" (Belçika) - "Adana Demirspor" (Türkiyə) - 2:1

22:00. "Gent" (Belçika) - APOEL (Nikosiya, Kipr) - 2:0

22:00. "Lill" (Fransa) - "Riyeka" (Xorvatiya) - 2:1

22:30. "Osasuna" (İspaniya) - "Brügge" (Belçika) - 1:2

22:45. "AZ Alkmaar" (Niderland) - "Brann" (Norveç) - 1:1

22:45. "Balkani" (Kosovo) - BATE (Belarus) - 4:1

22:45. "Harts" (Şotlandiya) - PAOK (Yunanıstan) - 1:2

00:11

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Adana Dəmirspor” Belçikada “Genk”lə üz-üzə gəlib. Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Qeyd edək ki, pley-offun cavab matçları avqustun 31-də keçiriləcək.

23:41

İstanbulun “Fənərbaxça” klubu doğma divarlara arasında UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” klubu ilə qarşılaşıb.

Oyun İstanbul təmsilçisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 5:1

“Fənərbaxça” – “Tvente” – 5:1


Türkiyəni UEFA Konfrans Liqasında təmsil edən digər klub “Beşiktaş” isə səfərdə Ukraynanın “Dinamo”(Kiyev) klubu ilə qarşılaşıb.

Oyun “Qara qartallar”ın 2:3 hesablı qələbəsi ilə bitib.

“Dinamo”(Kiyev) - “Beşiktaş” – 2:3












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru