Azərbaycan çempionatında səs-küy yaradan yeni hücumçu – Hər ay nə qədər qazanır?

23-09-2023, 07:24           
Azərbaycan çempionatında səs-küy yaradan yeni hücumçu –
“Səbail”in ən ödənişli futbolçusunun kimliyi məlum olub.

Həmin oyunçu Aleksandr Ramalinqomdur.

“Dənizçilər” bu yay heyətinə qatdığı və 1 illik müqavilə bağladığı hücumçuya hər ay 17 min dollar ödəyir.

Son mövsümü “Sedan”da (Fransa) keçirmiş forvard hazırda Premyer Liqanın bombardiridir. O, geridə qalan 6 turda 4 qola imza atıb.

Madaqaskar millisinin üzvü karyerası ərzində “Marinyan”, “Balajn”, “Ayaçço”, “Marinyan Cinyak”, “Bezye” (hamısı Fransa) “Virton” (Belçika) klublarının uğurları üçün çalışıb. 30 yaşlı qolçu yığmada 8 oyun keçirib./Sportinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru