Ronaldo karyerasını nə vaxt bitirəcəyini açıqladı

23-09-2023, 16:06           
Ronaldo karyerasını nə vaxt bitirəcəyini açıqladı
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo kifayət qədər sağlam olduğu müddətdə idman karyerasını davam etdirəcəyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, onun sözlərini məşhur insayder Fabrizio Romano qeyd edib.

Ronaldonun sözlərinə görə, nifrət edənlər onun futboldan getməsi xəbərini səbirsizliklə gözləyir, ona görə də mümkün qədər uzun müddət oynamaq və faydalı olmaq niyyətindədir.

“Deyirlər ki, Ronaldo artıq əvvəlki kimi deyil... Amma bu doğru deyil. Ayaqlarım dayanmağın vaxtının gəldiyini deyənə qədər oynayacağam. Hələ bəzi şeyləri edə bilərəm. Mən hələ də futbolu sevirəm, qol vurmağı və qalib gəlməyi sevirəm. Mən hələ də bunu sübut edirəm”, - Ronaldo bildirib.

Qeyd edək ki, portuqaliyalı “Əl-Nəsr”ə 2023-cü il yanvarın 2-də keçib. Klubla bağladığı müqaviləyə əsasən, o, ildə 200 milyon avro alacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.