AVRO-2024: İtaliya millisindən darmadağın - YENİLƏNİB + VİDEO

15-10-2023, 09:17           
AVRO-2024: İtaliya millisindən darmadağın - YENİLƏNİB + VİDEO
AVRO-2024-ün seçmə mərhələsində VII tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, İtaliya millisi öz meydanında Maltaya böyük hesabla qalib gəlib - 4:0.

Qolları Cakomo Bonavemtura, dubl edən Domeniko Berardi və Davide Frattezi vurublar.


Beş matçda 10 xal toplayan İtaliya C qrupunda ikincidir. Malta isə xal toplaya bilməyib və sonuncu - 6-cı pillədədir.

Günün Macarıstan - Serbiya marşı da meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

Barnabas Varqa və Roland Salayın qollarına qonaqların heyətində yalnız Straxinya Pavloviç cavab verə bilib. Qələbə macarları G qrupunda birinci yerə yüksəldib.

Komandanın 13 xalı var. Üç xal az toplayan Serbiya ikincidir.

Danimarka isə öz meydanında Qazaxıstandan güclü olub - 3:1.

Yonas Vind və Robert Skov danimarkalıların qələbə qollarını vurublar. Qonaqların təsəlli topunu Ya Voroqovski rəqib qapısından keçirib.

Danimarka hazırda 16 xalla H qrupunda ikincidir. 12 xala malik qazaxlar dördüncü yerdə qərarlaşıblar.

14.10.2023, 22:01

AVRO-2024-ün seçmə mərhələsinin VII turunda daha iki oyun keçirilib.
Oxu.Az xəbər verir ki, Litva səfərdə Bolqarıstana qalib gəlib - 0:2.

Qələbə sayəsində xallarını beşə çatdıran Litva G qrupunda dördüncüdür. İki xalı olan Bolqarıstan sonuncu - beşinci pillədə qərarlaşıb.

H qrupunda Sloveniya Finlandiyanı qəbul edib. Qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb - 3:0.

Bu qələbədən sonra 16 xalı olan Sloveniya qrupda vahid liderdir. Finlandiya 12 xalla üçüncüdür.

21:23

AVRO-2024-ün seçmə mərhələsində VII turun iki oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, C qrupunda yer alan Ukrayna Çexiyanın paytaxtı Praqada qəbul etdiyi Şimali Makedoniyanı məğlub edib - 2:0.

Qolları 30-cu dəqiqədə Georgi Sudakov və 90+5-ci dəqiqədə Aleksandr Karavayev vurublar.


Qələbə sayəsində xallarını 10-a çatdıran Ukrayna qrupda ikincidir. Komanda lider İngiltərədən üç xal geri qalır, üçüncü İtaliyadan isə eyni qədər öndədir. Lakin italyanlar iki, ingilislər bir oyun az keçiriblər.
H qrupunda Şimali İrlandiya öz meydanında San-Marinoya böyük hesabla qalib gəlib - 3:0. Qolları Pol Smit, Coş Maqennis və Konor Makmenamin vurublar.

Şimali İrlandiya hazırda altı xalla qrupda beşincidir. Sonuncu - altıncı olan San-Marinonun xalı yoxdur.

Faiq Tahirov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru