2036-cı il Olimpiya Oyunları Hindistanda keçirilə bilər

15-10-2023, 09:20           
2036-cı il Olimpiya Oyunları Hindistanda keçirilə bilər
Hindistanın Baş naziri Narendra Modi ölkəsinin 2036-cı il Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etməkdə maraqlı olduğunu təsdiqləyib.

O, bunu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Mumbayda keçirilən açılış sessiyasında deyib.

“Hindistan Olimpiya Oyunlarına ev sahibliyi etməkdə çox maraqlıdır və onun təşkili üçün bütün səylərini əsirgəməyəcək. Bu, 1,4 milyard insanın çoxdankı arzusudur və bu arzu sizin dəstəyiniz və əməkdaşlığınızla həyata keçməlidir”, - Modi deyib.

Qeyd edək ki, 2036-cı il Olimpiya və Paralimpiya Oyunları Hindistanda keçiriləcək bu səviyyəli ilk yarış ola bilər.
Xatırladaq ki, daha əvvəl Meksika, Türkiyə, İndoneziya və Polşa da 2036-cı il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün müraciət edib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru