AVRO-2024: Türkiyə millisi final mərhələsinə vəsiqə qazanıb

16-10-2023, 08:44           
AVRO-2024:
AVRO-2024-ün seçmə mərhələsində VIII tura start verilib.

Bu gün dörd qrupda ümumilikdə 8 oyun keçirilib.

D qrupunda yer alan Türkiyə millisi doğma arenasında Latviyanı böyük hesabla məğlub edərək, final mərhələsinə vəsiqə qazanıb. Belə ki, Türkiyə millisi Latviyanın qapısından 4 cavabsız qol keçirib.

A qrupundan da iki komanda Almaniyada təşkil olunacaq qitə birinciliyinə yollanmaq hüququna yiyələnib. İspaniya səfərdə Norveçi məğlub etməklə həm özünün, həm də Şotlandiyanın AVRO-2024-də iştirakını rəsmiləşdirib.

AVRO-2024-ün seçmə mərhələsi
VIII tur
15 oktyabr

A qrupu
Gürcüstan – Kipr – 4:0
Norveç – İspaniya – 0:1
Xal durumu: İspaniya – 15 xal (6 oyun), Şotlandiya – 15 (6), Norveç – 10 (7), Gürcüstan – 7 (6), Kipr – 0 (7)

D qrupu
Türkiyə - Latviya – 4:0
Uels – Xorvatiya – 2:1
Xal durumu: Türkiyə - 16 (7), Uels – 10 (6), Xorvatiya – 10 (6), Ermənistan – 7 (6), Latviya – 3 (7)

E qrupu
Çexiya – Farer adaları – 1:0
Polşa – Moldova – 1:1
Xal durumu: Albaniya – 13 (6), Çexiya – 11 (6), Polşa – 10 (7), Moldova – 9 (6), Farer adaları – 1 (7)

İ qrupu
İsveçrə - Belarus – 3:3
Rumıniya – Andorra – 4:0
Kosovo – İsrail oyunu təxirə salınıb.
Xal durumu: Rumıniya – 16 (8), İsveçrə - 15 (7), İsrail – 11 (6), Kosovo – 7 (7), Belarus – 6 (8), Andorra – 2 (8)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru