İbrahimoviç Messinin amerikalılara təsirindən danışdı

16-10-2023, 10:24           
İbrahimoviç Messinin amerikalılara təsirindən danışdı
“Milan”ın və İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviç argentinalı “İnter Mayami”nin hücumçusu Lionel Messinin amerikalılara təsirini qeyd edib.

“İndi Messi MLS-də oynayır, amerikalılar yenidən futbola baxa bilərlər. Mən onun orada olmasına şadam. Mən ABŞ-ni tərk etdikdən sonra amerikalılar futbola baxmağı dayandırmışdılar”, - İbrahimoviç bildirib.

Xatırladaq ki, Messi iki il Fransanın PSJ komandasında oynadıqdan sonra 2023-cü ilin yayında “İnter Mayami”yə keçib.
ABŞ-də keçirdiyi 13 oyundan sonra Messinin hesabında 11 qol və 5 məhsuldar ötürmə var.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru